Meksikada dəhşət: İnsanları körpüdən asdılar- FOTO

20-11-2021, 10:04           
Meksikada dəhşət: İnsanları körpüdən asdılar- FOTO
Meksikanın Zakatekas əyalətində doqquzu yerüstü keçiddən asılmaqla 10 meyit aşkarlanıb.

9 cəsədin yerüstü keçidin qoruyucu barmaqlıqlarından asılmış vəziyyətdə olduğu bildirilir. 1 cəsəd isə yol kənarında tapılıb.

Ölənlərin kimliyi ilə bağlı məlumat verilməyib.

Yerli medianın məlumatına görə, bazar ertəsi günü də Zakatekasda körpüdən asılmış üç cəsəd tapılıb.

Qeyd edilir ki, Zakatekada keçən il 1 065, bu ilin ilk yeddi ayında isə 800-dən çox adam cinayət səbəbindən həyatını itirib. Meksikada bu ilin ilk doqquz ayında 25 mindən çox insan cinayətə qurban gedib.

Mənbə: Sondakika.com














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru