Küçəyə pullar səpildi, insanlar yığıb bayram etdi, sonda isə... - VİDEO

21-11-2021, 07:17           
Küçəyə pullar səpildi, insanlar yığıb bayram etdi, sonda isə... - VİDEO
ABŞ-ın San-Dieqo şəhəri yaxınlığında havadan "pul yağıb".

Teref.az ölkə.az-a istinadən xəbər verir ki, nəticədə sözügedən ərazi üzrə maşın yolunda tıxac yaranıb. İnsanlar avtomobillərindən düşərək pulları yığmağa başlayıb.

Məlum olub ki, "Sectran Secury" sığorta şirkətinə məxsus zirehli maşın hərəkətdə olarkən yük yerinin anidən qapıları açılıb. Həmin şirkətin pulları yola səpələnib.

Ətrafdakı insanlar bu hadisəyə sevinib və pulları yığaraq videoya çəkib. Polis bunu oğurluq kimi qiymətləndirib, hətta 3 nəfər saxlanılıb.

Yerli hüquq-mühafizə orqanları çəkilmiş videolar vasitəsilə digər şəxslər müəyyən edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru