Ermənistanda yenə ARA QARIŞDI: Yolları bağladılar - Paşinyandan BU SƏNƏDLƏRİ tələb edirlər

22-11-2021, 12:32           
Ermənistanda yenə ARA QARIŞDI: Yolları bağladılar -
Bazar ertəsi səhər saatlarından etibarən İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları keçirilməyə başlanılıb. Bəzi küçələrdə nəqliyyatın hərəkəti demək olar ki, bağlanıb.

Metbuat.az xəbər verir ki, Vəkillər Palatasının keçmiş rəhbəri, "Zartonk" (Dirçəliş) partiyasının rəhbəri Ara Zöhrabyan və tərəfdarları İrəvanın Arşakunyats prospektində mitinq keçirirlər. Qeyd edək ki, Zöhrabyan bir müddət əvvəl öz Facebook səhifəsində “azadlıq hərəkatının” başlanması barədə məlumat verib. Onun bu aksiyanı keçirməkdə məqsədi Ermənistanın maraqlarına zidd olan sərhədlərin demarkasiyası və delimitasiyasına mane olmaq, o cümlədən imzalanması nəzərdə tutulan sənədlərin öncədən ictimaiyyətə nümayiş olunmasını tələb etməkdir. Zöhrabyanın sözlərinə görə, hərəkat iştirakçıları hakimiyyətdən Ermənistanın ərazi bütövlüyünün qorunmasını tələb etmək niyyətindədirlər.

"Bizim mübarizəmiz dövlətçiliyin qorunmasına yönəlib. Ölkənin təhlükəsizliyi hər birimizin əlindədir" Zöhrabyan belə yazıb. Qeyd edək ki, aksiyaların təşəbbüskarları həm siyasi partiyalar, həm ictimai təşkilatlar, həm də adi vətəndaşlardır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.