Litva Batyanı məhkəməyə verməyin yolunu axtarır

22-11-2021, 19:33           
Litva Batyanı məhkəməyə verməyin yolunu axtarır
Litva miqrasiya böhranı ilə bağlı Belarus hakimiyyətinə qarşı Haaqa Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırmağın yollarını axtarır.

Axar.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.

Onun sözlərinə görə, ölkədə Belarus rəhbərliyinin qərarlarından əziyyət çəkən miqrantlara görə beynəlxalq məhkəmədə iddia qaldırmağı planlaşdıran insanlar və siyasətçilər var:

“Biz Beynəlxalq Ədalət Məhkəməsi haqqında düşünürük. Mən çox şey vəd etmək istəmirəm. Amma hesab edirəm ki, bu, zəruridir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.