Müştəridən maska taxmağı tələb edən satıcı amansızcasına qətlə yetirildi

23-11-2021, 08:13           
Müştəridən maska taxmağı tələb edən satıcı amansızcasına qətlə yetirildi
Tayvanda mağazaya daxil olan müştəri ondan maska taxmağı tələb edən satıcını qətlə yetirib.
İstintaqın yaydığı ilkin məlumata əsasən, Tszyan adlı 41 yaşlı kişi Taoyuan şəhərində 24 saat açıq olan supermarketə maskasız daxil olub.

Satıcı ona maska taxmaq barədə xəbərdarlıq edib.

Müştəri bu xəbərdarlıqdan sonra mağazanı tərk etsə də, qısa müddət sonra maska taxaraq geri qayıdıb.

Əsəbi müştəri satıcı ilə söz davasına çıxıb və geyindiyi maskanı çıxararaq satıcının üzərinə atıb.

Lakin bununla da əsəbi soyumayan kişi bir saatdan sonra yenidən, amma bu dəfə bıçaqla supermarketə qayıdaraq ona irad bildirən şəxsə bıçaqla hücum edib.

Bıçaq xəsarətləri alan zərərçəkən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: Central News Agency












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru