Bakıda qadının MÜƏMMALI ÖLÜMÜ: Sürücü polis tərəfindən saxlanıldı - VİDEO

23-11-2021, 11:34           
Bakıda qadının MÜƏMMALI ÖLÜMÜ:
Bakının Yasamal rayonunda küçədə qadın dünyasını dəyişib.

Teref.az apa-ya istinadən xəbər verir ki, ölüm hadisəsi İnşaatçılar prospektində qeydə alınıb.

Prospektdə Əsgərova Aygün Zöhrab qızı yaşadığı binanın qarşısında yol kənarındakı səkidə qan içində meyiti aşkarlanıb. Məlum olub ki, o, Paşazadə Akif Pünhan oğluna məxsus 99-NS-060 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobildə qan itirib.

Qadın səkidə dünyasını dəyişib. Ölən şəxsin yaxınları hadisə yerinə gəlib. Məlum olub ki, Aygün Əsgərova bir müddət öncə həyat yoldaşından ayrılıb. Övladı isə atasının himayəsində yaşayır.

Hadisə yerinə cəlb olunan Yasamal Rayon Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları istintaq işi aparıb. Sürücü A.Paşazadə saxlanılıb.

Hazırda ölümün səbəbləri araşdırılır. Eskpertin verdiyi məlumata görə, qadının burnundan qan axıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru