Azərbaycanlı sürücü Ukraynada saxlanıldı (SƏBƏB)

23-11-2021, 19:07           
Azərbaycanlı sürücü Ukraynada saxlanıldı (SƏBƏB)
Xarkov vilayətinin Qoptivka sərhəd keçid məntəqəsində Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobili saxlanılıb.

Qaynarinfo xəbər verir ki, Ukrayna sərhədçiləri saxlanılan azərbaycanlı sürücünün maşınına baxış keçirib. Baxış zamanı məlum olub ki,"DAF” markalı yük avtomobilinin mühərrik nömrə nömrəsi tamamilə məhv edilib.

Sərhədçilər yük avtomobilinin oğurluq olmasından şübhələnərək,avtomobili əlavə yoxlama və qanuni qərar qəbul etmək üçün Milli Polis idarəsinə təhvil verib

Sürücüyə isə Ukrayna Cinayət Məcəlləsinin 290-cı maddəsi "Nəqliyyat vasitəsinin vahidlərinin və hissələrinin məhv edilməsi, saxtalaşdırılması və ya nömrələrinin dəyişdirilməsi" maddəsi ilə cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru