“SpaceX” NASA üçün orbitə rəsədxana yolladı - FOTO/VİDEO

10-12-2021, 08:43           
“SpaceX” NASA üçün orbitə rəsədxana yolladı - FOTO/VİDEO
Bu gün “Falcon 9” daşıyıcı aparatının ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) “Imaging X-ray Polarimetry Explorer” (IXPE) kosmik laboratoriyası ilə birlikdə buraxılışı baş tutub.

Bu barədə Amerikanın “SpaceX” şirkəti “Twitter” səhifəsində məlumat yayıb.


Buraxılış ABŞ-ın şərq sahilində Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan həyata keçirilib.

IXPE - atış çəkisi 325 kq olan rəsədxanadır. O, üç eyni teleskopla təchiz olunub. Onun funksiyalarından biri rentgen mənbələrini izləməkdir. Əldə edilən məlumatlar mütəxəssislərə neytron ulduzlar və digər kosmik obyektlərdə maqnit sahələri haqqında biliklərini genişləndirməyə imkan verəcək. Missiyanın dəyərinin 188 milyon dollar (təqribən 320 milyon manat) olacağı güman edilir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru