AZƏRBAYCANDA NAMƏLUM ŞƏXSLƏR MƏKTƏBƏ HÜCUM ETDİ - Fotolar

10-12-2021, 15:08           
AZƏRBAYCANDA NAMƏLUM ŞƏXSLƏR MƏKTƏBƏ HÜCUM ETDİ - Fotolar
Naməlum şəxslər Tərtərdə məktəbə hücum edib.

Hadisə Şıxarx kəndindəki 2 saylı tam orta məktəbdə baş verib. Məktəbin bir sıra otaqları, avadanlıqlar naməlum şəxslər tərəfindən dağıdılıb.

Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbinin direktoru Tofiq Hacıyev bildirib ki, hadisə 10-15 gün əvvəl olub. Direktor bu barədə rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Polis Şöbəsinə məlumat verildiyini bildirib.

Hadisənin törədən şəxslərin kimliyi hələlik məlum deyil.

Tərtər rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov bildirib ki, bu barədə rayon şöbəyə heç bir məlumat verilməyib: “Sizin müraciətiniz əsasında məlumat almışıq və dərhal araşdırma aparılması üçün göstəriş verilib”.

Qeyd edək ki, məktəbdə Vətən müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıb./apa















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru