Ukraynada zenitçilər təlim zamanı təsadüfən “Leleka-100” pilotsuz təyyarəsini vurublar.
Axar.az xəbər verir ki, bu barədə Luqansk separatçıları məlumat yayıb.
İddia edilib ki, Lisiçansk qəsəbəsi ərazisində 38-ci və 1129-cu zenit-raket alaylarının manevr qruplarının təlimi zamanı Ukraynaya məxsus “Leleka-100” pilotsuz uçuş aparatı operatorun səhvi səbəbindən vurulub.
Qeyd edək ki, Ukrayna ordusundan hər hansı rəsmi açıqlama yoxdur.