Məktəb direktoru ilə vətəndaş arasında dava oldu (FOTO)

11-12-2021, 00:00           
Məktəb direktoru ilə vətəndaş arasında dava oldu (FOTO)
Tovuzda məktəbdə insident olub.
APA xəbər verir ki, hadisə Sahib İsgəndərov adına Əyyublu kənd orta məktəbində qeydə alınıb.
Kənd orta məktəbinin həyətində bufet işlətmək istəyən kənd sakini Mehriban Əliyeva ilə təhsil müəssisəsinin direktor əvəzi Gültəkin Hacıyeva arasında mübahisə baş verdiyi, mübahisə zamanı G.Hacıyevanın vətəndaşı döyərək ona xəsarət yetirdiyi bildirilir.
Dava zamanı xəsarət alan M.Əliyeva xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəsarət alan M.Əliyeva tibb müəssisəsinə epileptik tutma ilə daxil olub və ona tibbi yardım göstərilib. Qadını döydüyü iddia olunan G.Nəsibova isə iddiaları qəbul etməyib.
Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan bildirib ki, sözügedən məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir.
Tovuz rayon Təhsil Şöbəsinin məsləhətçisi Məhəbbət Hüseynova G.Nəsibova faktla bağlı şöbəni məlumatlandırdığını və müvafiq akt tərtib edildiyini deyib.
Araşdırma davam etdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru