Bakıda dönərdən kütləvi zəhərlənmə oldu

13-12-2021, 10:46           
Bakıda dönərdən kütləvi zəhərlənmə oldu
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu "Report"a açıqlamasında bildirib ki, hadisə ötən gün “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib.

Onun sözlərinə görə, orada gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib: “Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub. Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru