Dondurma furqonlarından cənazə korteji hər kəsi təəccübləndirdi - VİDEO

19-12-2021, 11:54           
Dondurma furqonlarından cənazə korteji hər kəsi təəccübləndirdi - VİDEO
Sosial şəbəkələrdə dəfn mərasimində dondurma maşınlarının konvoya düzülməsi ilə bağlı görüntülər yayılıb.


Kadrlar Londondandır. İstifadəçilər videodan xeyli təəccüblənsələr də, kədərli bir münasibətlə küçələrə çıxan karvan yerli sakinlər üçün sürpriz olmayıb.

Onların sözlərinə görə, Nyu-Kross Böyük Britaniyada “dondurma paytaxtı” hesab olunur, ona görə də bu cür yürüşlər tez-tez müşahidə olunur.

Bildirilir ki, karvan dondurma satıcılarından birini son mənzilə yola salıb.


Mənbə: 360 TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru