200-ə yaxın qazın öldürülməsinə görə adı qalmaqalda hallanan rusiyalı deputat ölü tapıldı – FOTO

21-12-2021, 08:18           
200-ə yaxın qazın öldürülməsinə görə adı qalmaqalda hallanan rusiyalı deputat ölü tapıldı – FOTO
Rusiyanın Maqadan Şəhər Dumasının deputatı Aleksandr Kramarenko öz kabinetində ölü tapılıb.

Bundan əvvəl mərhum deputata qarşı Çukotkada 180-ə yaxın qazın vurulması ilə bağlı cinayət işi başlanılmışdı. İlkin versiyaya görə, dəymiş ziyanın məbləği 700 min rublu (təqribən 16 min manat) ötüb.

Kramarenkonun özü şəklin “Photoshop”la redaktə olunduğunu, əlavə olaraq orada öldürülmüş qazlar yox, ovçular üçün tüklə doldurulmuş quşlar olduğunu demişdi.

Deputatın ölümü ilə əlaqədar istintaq bir neçə versiyanı, o cümlədən qətl və intiharı nəzərdən keçirir.

Mənbə: RİA Novosti













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru