Məhkəmədə qalib gəlsə də, 10 min dollar itirdi

23-12-2021, 10:14           
Məhkəmədə qalib gəlsə də, 10 min dollar itirdi
Təyyarədə çamadanın başına düşməsinə görə xəsarət alan sərnişin aviaşirkətin təklifini qəbul etmədiyi və məhkəməyə müraciət etdiyi üçün peşman olub.

Hadisə “Emirates” aviaşirkətinin Dublin - Dubay təyyarəsində qeydə alınıb.

Uçuş zamanı Stiven Bredşounun başına təsadüfən içi boş uşaq çamadanı düşüb. Uşağın atası üzrxahlıq edib, sərnişin isə hər şeyin qaydasında olduğunu deyib. Lakin Bredşou səhəri gün baş ağrılarının başlaması səbəbindən işə gedə bilmədiyini iddia edib.

Hadisədən üç həftə sonra zərərçəkmiş hava yollarına şikayət edib. Cavab olaraq “Emirates” ona 15 min dollar (25,5 min manat) məbləğində təzminat təklif edib. Lakin sərnişin bunu rədd edərək, daha çox almaq ümidi ilə məhkəməyə müraciət edib.

Hakim isə Bredşounun bəzi ifadələri şişirtdiyi qənaətinə gələrək, ilkin məbləğdən üç dəfə az - 5000 dollar (8,5 min manat) təzminat barədə qərar verib.

Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru