Ermənilər sülhməramlıların nəzarətində Qarabağda səngər qazırlar - BU NƏDİ BELƏ?
23-12-2021, 11:19
Sosial şəbəkələrdə erməni separatçılarının Qarabağda yeni hərbi istehkamlar hazırlaması, səngərlərin qazılması ilə bağlı görüntülər yayılıb. Videogörüntüləri “Caliber.az” yayımlayıb. “Caliber” iddia edir ki, ermənilər öz işlərini rus sülhməramlılarının nəzarəti altında görürlər. Qeyd edilir ki, video bu yaxınlarda çəkilib. Həmin kadrları təqdim edirik: