İran vətəndaşına hücum edən ermənilər saxlanılıb

24-12-2021, 08:39           
İran vətəndaşına hücum edən ermənilər saxlanılıb
Ermənistan polisi paytaxt İrəvanın mərkəzində İran vətəndaşına hücum edən şəxsləri saxlayıb.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, hadisə İrəvan vətəndaşları, 35 və 37 yaşlı şəxslər tərəfindən törədilib. Onlar əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Qeyd edək ki, hadisə İrəvanın Parpetsi küçəsində baş verib. Belə ki, ermənilər küçədəki restoranın yaxınlığında İran vətəndaşını bıçaqla hədələyərək döyüblər, bundan sonra isə mobil telefonunu və içində 650 ABŞ dollar olan çantasını alıblar.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru