Bakıda naməlum şəxs bankı tərk edən 62 yaşlı kişiyə hücum edib

24-12-2021, 09:26           
Bakıda naməlum şəxs bankı tərk edən 62 yaşlı kişiyə hücum edib
Bakıda 62 yaşlı kişi hücuma məruz qalaraq ağır xəsarətlər alıb.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. 1959-cu il təvəllüdlü İmanov Ellər İbrahim oğlu rayon ərazisində fəaliyyət göstərən bankların birinin qarşısında tanımadığı şəxsin hücumuna məruz qalıb. O, hadisə zamanı küt alətlə xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun üz, baş nahiyərində çoxsaylı əziklər və kəsiklər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.