NASA-dan yeni kraterdə - Möcüzə tapıntısı

28-03-2016, 10:09           
NASA-dan yeni kraterdə - Möcüzə tapıntısı
Amerika Milli Kosmik Agentli (NASA) Marsda qurumuş çay aşkar edib.

Axar.az xəbər verir ki, NASA Saxeki kraterində su axınının olduğu yer aşkar edib. Geofiziklərin fikrincə, uzun müddət əvvəl Marsda çay olub, ancaq sonradan çayın mənbəsi quruyub.

NASA tərəfindən görüntülənmiş təsvir vasitəsilə alimlər keçmişdə olan, ancaq sonradan quruyan çayların dinamikasını təyin etməyi planlaşdırırılar. Araşdırmalara görə, bəzi hidratlaşdırılan duzların sayəsində - 70 dərəcə temperaturda su mayesi qalır. Çayın sürətli şəkildə axınınını dəyişməsi nəticəsində isə qırıntılardan əmələ gəlmiş torpaq qatı formalaşır.

Qeyd edək ki, NASA-nın Kassini adlı kosmik gəmisi 4 il öncə Saturn planetinin peyki Titanda Misirdəki Nil çayına bənzər uzun bir çayın şəkillərini görüntüləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru