Tağıyevin heykəlinə zərər vuranlarla bağlı qərar verildi

21-01-2022, 17:38           
Tağıyevin heykəlinə zərər vuranlarla bağlı qərar verildi
Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlini zədələməkdə təqsirləndirilən Vüqar Tağızadə və Allahverdi Məmmədli barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Səbail rayon Məhkəməsində keçirilən prosesdə qərar çıxarılıb. Hər iki şəxs sərbəst buraxılıb və polisin nəzarətinə verilib.

Qeyd edək ki, yanvarın 18-də Hacı Zeynalabdin Tağıyevin Bakıda qoyulmuş heykəli gecə saatlarında zədələnib. Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.

Heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.