"AZOV" RUS TANKLARINI BELƏ MƏHV EDİR - VİDEO

8-04-2022, 00:03           
"AZOV" RUS TANKLARINI BELƏ MƏHV EDİR - VİDEO
Ukraynanın “Azov” alayı mühasirəyə alınmış və Rusiya qüvvələrinin sıza bildiyi Mariupol şəhərində işğalçıları zərərsizləşdirməyə davam edir. “Report” xəbər verir ki, bu barədə “Azov” alayının rəsmi teleqram kanalında məlumat verilib.

Paylaşılan videogörüntülərdə “Azov” alayının döyüşçüləri Rusiyaya aid 2 tankı məhv ediblər.

Şəhərin tam mühasirəsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, “Azov” alayı və şəhərdəki digər ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etmirlər.

Xatırladaq ki, şiddətli döyüşlərin getdiyi Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayıdır. Şəhər martın 1-dən bəri mühasirədədir. Bununla belə, Rusiya Silahlı Qüvvələri şəhəri tam ələ keçirə bilməyib.

Qeyd edək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplaya bilmiş “Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru