İsraildə terror aktı törədilib - Ölənlər var

8-04-2022, 07:55           
İsraildə terror aktı törədilib - Ölənlər var
Atəş açanların iki nəfər olduğu bildirilir

İsrailin paytaxtı Təl-Əvivdə silahlı terrorçu Dizenqof və Ben Qurion küçələrinin kəsişməsində yerləşən İlka barında oturan insanlara atəş açıb.

AYNA İsrail mətbuatına istinadən xəbər verir ki, terror aktı nəticəsində iki nəfər ölüb, daha 4-ü yaralanıb.

Hadisənin dəqiq şəraiti və atəş açan şəxsin kimliyi hələlik məlum deyil, lakin bunun terror aktı olduğuna heç kim şübhə etmir.

Versiyalardan birinə görə, atəş açanlar iki nəfər olub.

Təhlükəsizlik qüvvələri terrorçunun gizləndiyi ehtimal edilən evi mühasirəyə alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru