Azərbaycan-İran sərhədində insident: Ölən var

8-04-2022, 09:33           
Azərbaycan-İran sərhədində insident: Ölən var
Ötən gecə Azərbaycanın İranla sərhədində insident baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sərhəd zastavasının müşahidə kamerası vasitəsilə iki nəfər sərhəd pozucusunun İran istiqamətindən beş-altı ədəd bağlama ilə dövlət sərhədini pozması müəyyənləşdirilib. Sərhədçilər tərəfindən dərhal müvafiq tədbirlər görülüb və geri qayıtmağa çalışan sərhəd pozucuları saxlanılıblar. Bu zaman sərhəd pozucuları müqavimət göstərdiklərindən atəş açılıb. Nəticədə onlardan biri öldürülüb, digəri isə saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar zamanı ölən sərhəd pozucusunun İran vətəndaşı Pəhləvani Beyrək Yaşıl oğlu, saxlanılan şəxsin isə Pirani Behrud Məhəmməd oğlu olduğu müəyyənləşib.

Faktla bağlı araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru