İspaniyada pilotlar sərnişinləri unudaraq uçublar

6-05-2022, 10:38           
İspaniyada pilotlar sərnişinləri unudaraq uçublar
İspaniyada bir qrup sərnişin təyyarə onlarsız havaya qalxarkən təəccüb içində qalıb.

“LADBible”ın məlumatına görə, aviaşirkət bunda pilotların günahı olmadığını bildirib.

14 nəfər sərnişin “Ryanair”ə məxsus təyyarədə Malyorkadan uça bilməyib. Onlar uçuş üçün qeydiyyatdan keçib və minməyi gözləyiblər, lakin onları təyyarəyə aparmalı olan avtobusa minə bilməyiblər, növbəti servis avtobusu isə arxalarınca gəlməyib.

Nəticədə təyyarə sərnişinləri yerdə qoyaraq havaya qalxıb. Hava limanında qalanlar arasında müalicə üçün uçmalı olan onkoloji xəstə Susana Guerrero da var. Qadının sözlərinə görə, o, nə edəcəyini və hara gedəcəyini bilməyib.

“Ryanair”in sözçüsü bildirib ki, çaşqınlıq servislərin işinə nəzarət edən dispetçerin günahı ucbatından yaranıb. Unudulmuş sərnişinlərə yemək kuponu verilib və onlar daha sonrakı reyslə uça biliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru