Uktrayna SQ-ləri Qara dənizdə Rusiyaya məxsus “Admiral Makarov” freqatını vurdular

6-05-2022, 14:07           
Uktrayna SQ-ləri Qara dənizdə Rusiyaya məxsus “Admiral Makarov” freqatını vurdular
Qara dənizdə, İlan adası yaxınlığında Rusiyanın “Burvestnik” tipli döyüş gəmisində (freqat) partlayışdan sonra yanğın olub.

Məlumatı “Dumskoy” portalı yayıb.

Məlumata görə, ərazidə Rusiya Qara Dəniz Donanmasına məxsus 3 freqat tipli gəmi olub. Onların hansının zədələndiyi hələ ki dəqiqləşdirilir.

Xalq deputatı Aleksey Qonçarenko isə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə Rusiyaya məxsus “Admiral Makarov” döyüş gəmisini vurduğuna dair məlumat paylaşıb.

Gəminin Ukrayna istehsalı olan "Neptun" gəmi əleyhinə qanadlı raketi ilə vurulduğu iddia edilir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı da Rusiya hərbçilərinin itkisi ilə bağlı mayın 6-da yaydığı məlumatda məhv edilən gəmilərin sayının 11-ə çatdığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru