Erməni spikerin anası eyvandan etirazçılara tüpürdü və orta barmağını göstərdi...-VİDEO

7-05-2022, 12:36           
Erməni spikerin anası eyvandan etirazçılara tüpürdü və orta barmağını göstərdi...-VİDEO
Ermənistan parlamenti sədrinin anası İrəvanda etiraz edən Rusiyameyilli müxalifətçilərə tüpürüb və onlara orta barmağını göstərib.

Moderator.az xəbər verir ki, bu haqda "News.am" məlumat məlumat yayıb.

Erməni spiker Alen Simonyan ABŞ-ın "Azadlıq" radiostansiyasının erməni redaksiyasına(“Azatutyun”) açıqlamasında təsdiqləyib ki, dünən internetdə yayılan videodakı anası olub. Amma parlament rəhbəri “Onun əsəbləri buna dözməyib” deyərək valideyninin davranışına haqq qazandırmağa çalışıb.

Xatırladaq ki, dünən axşam saatlarından sosial şəbəkələrin erməni seqmentində Alen Simonyanın anasının eyvandan müxalifətin yürüş iştirakçılarına bir neçə dəfə tüpürdüyü və orta barmağını göstərdiyi iddia edilən video yayılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru