Deputatın oğlu cinayət törədərək qaçıb

8-05-2022, 15:02           
Deputatın oğlu cinayət törədərək qaçıb
Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Sergey Baqratyanın oğlu, 27 yaşlı Şant Baqratyan barəsində axtarış elan edilib. “Report” bu barədə “Shamshyan.com” kriminal xəbər saytına istinadən məlumat verir.

Məlumata görə, aprelin 2-də saat 17:30-18:00 radələrində naməlum şəxslər Vayos Dzorda yerləşən “Tamsar” yanacaqdoldurma məntəqəsinin direktoru Vahe Asatryanın ofisinə soxularaq onu döyməyə başlayıblar. Hücum edənlərdən biri, 27 yaşlı Baqratyan direktoru dəmir əşya ilə vurub.

Faktla bağlı cinayət işi başlanıb.

Lakin məhkəmənin onun həbsi ilə bağlı qərar çıxarmasından sonra gəncin azadlıqda olduğu üzə çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru