Rusiya ordusu Ukraynada öz mövqelərini mərmi atəşinə tutdu
9-05-2022, 00:05
Zaporojye yaxınlığındakı Rusiya qüvvələri öz mövqelərinə “Solntsepek” mərmi qurğusundan zərbələr endiriblər. Bu barədə 60-cı əlahiddə piyada briqadasının 97-ci piyada batalyonu “Facebook”da məlumat verib.
Həmçinin, ukraynalı döyüşçülər bu cür hərəkətləri müsbət qarşıladıqlarını bildirərək, bunu “dost atəşi” adlandırıblar.