Moskvada kütləvi qətliama hazırlaşan yeniyetmə neonasistlər həbs edilib – VİDEO

9-05-2022, 00:06           
Moskvada kütləvi qətliama hazırlaşan yeniyetmə neonasistlər həbs edilib – VİDEO
Moskvanın Çeryomuşkinski Məhkəməsi Kosino dəmir yolu stansiyası yaxınlığında evsizləri öldürməyi planlaşdıran 2004 və 2005-ci il təvəllüdlü üç yeniyetməni həbs edib.

Onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (hər hansı bir sosial qrupa qarşı nifrət və ya düşmənçilik zəminində əvvəlcədən sui-qəsd əsasında bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsin öldürülməsinə hazırlıq) ilə ittiham irəli sürülüb.

Neonasist qruplaşmasının tərəfdarı olan gənclər cinayəti mayın əvvəlində planlaşdırıblar. Onlar buna hazırlaşarkən yanacaq-sürtkü materialları alıb, tez alışan qarışıqlar hazırlayıblar.

Mayın 7-də axşam onlar meşə zolağında evsizlərin toplandığı yerə və Kosino stansiyasına gediblər. Orada planlarını həyata keçirmək istərkən polis tərəfindən saxlanılıblar.

news.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru