Rusiyanın səkkiz regionunda yaşayış məntəqələrindən 5 kilometr aralıda ümumi sahəsi 1,1 min hektardan çox olan 40-a yaxın nöqtədə meşə yanğını davam edir.
Teref.az "RİA Novosti"yə istinadən xəbər verir ki, onlardan 19-u lokallaşdırılıb:
"Yaşayış məntəqələrindən 5 kilometr aralıda 1,12 min hektar sahədə 39 meşə yanğını var, onlardan 15-i Krasnoyarsk diyarındadır".