Jurnalist Aytən Məmmədova bıçaqla hədələnib - "Mənə dedi ki, məhkəmə işi barədə yazmayım" (FOTO)

9-05-2022, 09:47           
Jurnalist Aytən Məmmədova bıçaqla hədələnib - "Mənə dedi ki, məhkəmə işi barədə yazmayım" (FOTO)
"Qızımla hədələdi, amma hansı iş barədə hədələdiyini demədi”
Teref.az olaraq jurnalist Aytən Məmmədovaya olan hücüm barədə yazmışdıq!Aytən xanımın Meydan TV-yə bun hücum barədə dediklərini təqdim edirik:
(https://teref.az/gundem/238839-jurnaliste-silahli-hucum-olunub.html)
Mayın 8-də, gecə saatlarında jurnalist Aytən Məmmədova naməlum şəxsin hücumuna məruz qalıb.

Bu barədə Meydan TV-yə məlumatı jurnalistin özü verib.

Onun sözlərinə görə, yaşadığı binanın blokuna girərkən bir nəfər arxasınca gəlib və liftdə bıçağı onun boğazına dirəyib: "Mənə dedi ki, məhkəmə işi barədə yazmayım. Qızımla hədələdi, amma hansı iş barədə hədələdiyini demədi”.

Jurnalistin boğazında xəsarət izi var.

Bu barədə DİN-in 102 xidmətinə məlumat verilib.

Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı gedən məhkəmə işidir.

Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru