Rusiya elit desant qüvvələrini itirdi - Britaniya kəşfiyyatı

26-05-2022, 11:27           
 Rusiya elit desant qüvvələrini itirdi - Britaniya kəşfiyyatı
Rusiya Ukraynadakı hava-desant qoşunlarından lazımi şəkildə istifadə edə bilmədi, nəticədə qüvvələrin bir çox elit bölmələri əhəmiyyətli itkilər verdi.

Teref.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında qeyd olunub.

Qeyd olunur ki, Rusiya Hava Desant Qüvvələri işğalın başlanğıcından bəri bir sıra taktiki uğursuzluqlara imza atıb:

“Rusiya doktrinasına görə, Hava Desant Qüvvələri daha mürəkkəb əməliyyatları həyata keçirmək üçün istifadə olunur. 45 min nəfərlik desant qüvvələri əsasən peşəkar müqaviləli hərbçilərdən ibarətdir. Onun üzvləri elit statusa malikdir və əlavə maaş alır.

Lakin Ukraynada Rusiya ağır zirehli piyadalar üçün daha uyğun olan missiyalarda paraşütçülərdən istifadə etdi, ona görə də kampaniya zamanı bu bölmələr ağır itki verdi. Ukraynanın müqavimətini qabaqcadan görməmək və rus komandirlərinin daha da arxayın olması Rusiyanın bir çox elit bölmələrində əhəmiyyətli itkilərə səbəb oldu”, - hesabatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru