"Fəryad" filminin qəhrəmanının prototipi, Qarabağ qazisi Mehman Hüseynov dünyasını dəyişdi

12-05-2015, 11:42           
"Fəryad" filminin qəhrəmanının prototipi, Qarabağ qazisi Mehman Hüseynov dünyasını dəyişdi
Qarabağ qazisi, Mehman Hüseynov bu gün evində ürək çatışmazlığından dünyasını dəyişib.
Mehman 1988- ci ildən Mili azadlıq hərəkatına qoşulmuş, 1989-ildə AXZC MK- nin fəalı, 1991-ci idən "Boz Qurd" batalyonunda vzvod komandiri olub. Bu batalyonun nəzdində bir çox əməliyyatlarda iştirak edib. Azərbaycanda Milli Ordumuzun ilk h/h- Şıx batalyonun ilk könüllülərindən və batalyonda tağım komandiri olmuşdu.
1991-ci ilin dekabrında Kərkicahanda Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərmiş, sursatları bitmiş, əsgərlərimizin çoxu həlak olmuş, Mehman yaralı vəziyətdə əsir düşmüşdü.
Sonralar "Fəryad" filmində baş qəhramanın prototipi olmuşdu.
Mehman Hüseynov 8 km qəsəbəsində tənha yaşayırdı. Feysbukda son paylaşımı 7 saat əvvəl olmuşdu. Mehmanın xalası qızının dediyinə görə onu bu gün Maştağa kəndində=torpağa tapşıracaqlar.
Allah qazimizə rəhmət eləsin, əzab, iztirab və məhrumiyətlərlə dolu həyatının mükafatını o dünyada versin. amin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.