Suriyada miqrant gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 77-yə çatdı

24-09-2022, 10:58           
Suriyada miqrant gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 77-yə çatdı
Suriya sahillərində Livandan olan miqrantların daxil olduğu gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb.

Bu barədə SANA agentliyi məlumat yayıb.

Suriyanın səhiyyə naziri Həsən əl-Qabaşın sözlərinə görə, hələ də itkin düşənlərin axtarışı əməliyyatı davam edir.

Bundan əvvəl Suriya mediası 73 nəfərin öldüyü barədə məlumat yayıb.

Qeyd edə ki, qəza Aralıq dənizində Suriyanın Tartus şəhəri yaxınlığında qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru