Səfərbərlikdən yayınmaq üçün Qazaxıstana qanunsuz keçən Rusiya vətəndaşları saxlanılıb

26-09-2022, 00:10           
Səfərbərlikdən yayınmaq üçün Qazaxıstana qanunsuz keçən Rusiya vətəndaşları saxlanılıb
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti dövlət sərhədini qanunsuz keçmək istəyən üç Rusiya vətəndaşını saxlayıb.

Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Rusiya vətəndaşları Kostanay vilayətində sərhəddən qanunsuz keçərkən saxlanılıblar. Rusiya vətəndaşları ölkədə qismən səfərbərlikdən yayınmaq üçün sərhədi qanunsuz keçməyə cəhd etdiklərini bildirib.

Sorğular başa çatdıqdan sonra saxlanılarlar Rusiya tərəfinə təhvil veriləcək.

Qeyd edilib ki, hazırda sərhədlərin etibarlı mühafizəsini təmin etmək üçün Qazaxıstan sərhədçiləri gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru