Azərbaycan təyyarəsi qəzaya uğrayıb - ölənlər var

18-05-2016, 23:37           
Azərbaycan təyyarəsi qəzaya uğrayıb - ölənlər var
Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb. Modern.az saytı xəbər verir ki, bu barədə təyyarə pilotlarının yaxınları məlumat verib.

Məlumata görə, qəza bir neçə saat öncə "AN-12" tipli yük təyyarəsi Əfqanıstanın paytaxtı Kabildən havaya qalxdıqdan sonra baş verib.

Heyət üzvlərindən ikisinin vəziyyəti ağırdır, digərləri həyatlarını itirib. Yaralıların Ukrayna vətəndaşları olduğu bildirilir.

"Silk way" şirkətindən APA-ya bildirilib ki, onlara da belə məlkumat daxil olub, lakin hələlik bu barədə dəqiqləşmə aparılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru