Bakıda şok qoçuluq: Avtobusu "Leksus"la sürüdülər... - VİDEO
19-05-2016, 11:00
Binə qəsəbəsi Badam bağları adlanan ərazidə avtobus sürücüsü döyülüb. Hadisəni elə adı çəkilən ərazi sakinləri törədib. Zərərçəkmişin dedikləri isə əsl döyüş filmlərini xatırladır.
ANS TV-nin məlumatına görə, 30 yaşlı Niyaməddin Əliyev adəti üzrə qəsəbə daxili xidmətdə olub. “İveco” markalı avtobusla sərnişin daşıyan zərərçəkənin dayanacaqda mübahisəsi düşüb. “Leksus” markalı minik avtomobilində olan Niftulla və Rüstəm adlı şəxslər avtobusun sürücüsü ilə mübahisə ediblər. Zərərçəkən Niyaməddinin iddiasina görə, onlar sərxoş olublar. Avtobusdan ona yol vermesini istəyiblər. İki nəqliyyat sürücüləri arasında söz mübahisəsi yaşanlb. Niftulla adli şəxsin avtobusu qabağına qatması ilə daha coşub. Belə ki, o öz avtomobilini avtobusa birləşdirərək onu yoldan çıxarıb. Avtobus isə yalnız qaz borularına dəydikdən sonra dayanıb. Əsəbi bununla soyumayan şəxslər son olaraq avtobus sürücüsünə bir neçə yumruq zərbəsi də endiriblər.
Üz nahiyəsindən zərbə alan avtobusun sürücüsü, onlar ərzidən uzaqlaşdıqdan sonra özünə gəldiyini deyir. Ayilan kimi isə ağlına gələn ilk hərəkət polisə məlumat vermək olub. Hadisə 2-ci polis bölməsində araşdirilir. Bölmənin təhqiqatçısı Telman Camalov şifahi olaraq bildirdi ki, zərərçəkən həkim yoxlamasından keçdikdən, həmçinin hadisədə adlar hallanann şəxslərin ifadələri alındıqdan sonra toplanılan materiallar əsasında araşdırmalar aparılacaq. Xəzər rayon Polis İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işinin başlanması da istisna edilmir.