Bir il öncə yanan bina: Kəmaləddin Heydərovun idarəsindən "yanmaz" RƏYİ - FAKT

20-05-2016, 10:14           
Bir il öncə yanan bina: Kəmaləddin Heydərovun idarəsindən "yanmaz" RƏYİ - FAKT
19 May 2015-ci ildə Bakının Binəqədi rayonunda qısa müddətdə alışıb-yanan və bununla da 15 nəfərin həyatına son qoyan hadisəyə səbəb olan binanın fasadında istifadə edilən poliutilin üzlüyə Kəmaləddin Heydərovun rəhbərlik etdiyi qurumdan müəmmalı rəy verilib.

teref.az-nun verdiyi xəbərə görə,24saat.org bildirir ki, FHN-in verdiyi sənəddə binanın yanma səbəbi kimi göstərilən üzlüyün çətin yanan maddədən hazırlandığı qeyd olunub.

Xatırladırıq ki, hadisə ilə bağlı açılan cinayət işində binanın yanma səbəbi kimi üzlüyün standartlara cavab vermədiyi bildirilmiş, istehsalçı "Global Stane” MMC-in rəhbərləri həbs olunmuşdu.

Maraqlıdır ki, fakt araşdırılan zaman FHN-in verdiyi rəy istintaq qrupu tərəfindən araşdırılmayıb və FHN rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmayıb.

teref.az yazır ki, 24saat.org saytına danışan məlumatlı mənbənin iddiasına görə, FHN-in "Global Stone” MMC-ə verdiyi bu rəydə "çətin yanan” kimi təqdim olunan üzlük qurum tərəfindən ümumiyyətlə yoxlamayıb. Mənbəmiz heç bir yoxlama aparılmadan bu materiallara hansı əsasla "çətin yanan” rəyinin verildiyini dəqiq bilmədiyini desə də, bu işdə qaranlıq məqamların olduğunu da istisna etməyib.

Qeyd edək ki, yazı ötən il hadisə baş verən dövrlərdə Arqument.Az-da və əksər media orqanlarında dərc olunmuşdu. Bu gün yanan binada həyatını itirmiş insanların il dönümünü və mövzunun aktuallığını nəzərə alaraq, yenidən dərc etdik.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.