Diaspor ermənisi Azərbaycana qarşı qoşun yığır: - “Xüsusi əməliyyat keçirəcəm”

20-05-2016, 22:27           
Diaspor ermənisi Azərbaycana qarşı qoşun yığır: - “Xüsusi əməliyyat keçirəcəm”
Livanda andan olmuş erməni siyasətçisi, Qarabağ münaqişəsi zamanı xüsusi təyinatlı Şuşa batalyonuna komandirlik etmiş Jirayr Sefilyan yeni bəyanat verib.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sefilyan dünya ermənilərinə müraciət edərək, aprel müharibəsində Azərbaycan ordusunun azad etdiyi əraziləri geri qaytarmağa çağırıb.

“Prezident Serj Sarkisyan mayın 17-də verdiyi müsahibədə faktiki olaraq ali baş komandan kimi üzərinə götürdüyü vəzifəni yerinə yetirə bilmədiyini və hərbi qulluqçuların həyatını itirə biləcəyini etiraf elədi. Ali Baş Komandan kimi o, Qarabağın ərazi bütövlüyünü bərpa etmək üçün könüllülük əsasında hər kəsin həmin torpaqları qaytarmasına qarşı olmadığını da deyib.

Yuxarıda deyilənləri nəzərə alaraq, mən Jirayr Sefilyan öz gücüm və könüllülərin hesabına Qarabağın ərazi bütövlüyünü bərpa etməyi öz öhdəmə götürürəm. Bunun üçün xaricdə yaşayan bütün erməniləri. əsgər və zabitləri qeydiyyatdan keçərək, mənim rəhbərliyim altında xüsusi hərbi əməliyyatda iştiraka çağırıram”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.