Təhsil nazirliyinin dövlət komitəsinə qarşı iddiası təmin edilib
21-05-2016, 18:58
Nərimanov rayon Məhkəməsində Təhsil Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Əliyev Rəhim Nəsib oğluna qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, məhkəmə iddianı təmin edib. Qeyd edək ki, nazirlik daşınmaz əmlakın Dövlət Reysterindən çıxarışın və şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Lakin məhkəmə qətnaməsi ilə razılaşmayan dövlət komitəsi və R. Əliyev apellyasiya şikayəti veriblər. Onların şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılır.