Hacıyevlə çəkişən şirkət direktoru intihar etdi

23-05-2016, 17:58           
Hacıyevlə çəkişən şirkət direktoru intihar etdi
Bakıda intihar hadisəsi qeydə alınıb.
“Report”un əldə etdiyi məlumata qörə, 1962-ci il təvəllüdlü Söhbət Hacıyev yaşadığı Nərimanov rayonu A.Neymətulla küçəsi ev 79 mənzil 48 ünvanında ov tüfəngi ilə özünə intihar məqsədi ilə atəş açıb. O, hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, S.Hacıyev “İnteryer-S” MMC-nin direktoru vəzifəsində çalışıb.
teref.az olaraq xatırladaq ki, ötən il "İnteryer-S" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Bank Technique" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
MMC kredit müqaviləsinə əsasən borcunun silinməsini tələb edir. İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, "İnteryer-S" şirkəti izləmə kameralarının quraşdırılması və sazlanması işi ilə məşğul olur. "Bank Technique" isə 1994-cü ildə "Rəşadbank" adı altında fəaliyyətə başlayıb, 4 il sonra "Texnika Bank", 2012-ci ildən isə "Bank Technique" adlandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru