Bakıda qardaş bacısını amansızlıqla öldürdü

26-05-2016, 13:31           
Bakıda qardaş bacısını amansızlıqla öldürdü
Bu gün səhər saatlarında Bakıda qardaş bacısını amansızcasına qətlə yetirib.

Admiral.az-ın məlumatına görə, hadisə saat 09:43-də Nərimanov rayonu, Faiq Yusifov küçəsi mənzil 42 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Emin Emin oğlu Çobanov bacısı 1986-cı il təvəllüdlü Rübabə Emin qızı Çobanovanı qətlə yetirib. Qardaş bacısına çoxsaylı bıçaq zərbələri vurub.

Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsindən Admiral.az-a verilən məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağl ıcinayət işi başlanıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru