Quduzluq xəstəliyi tapılan qadın öldü

27-05-2016, 11:06           

Zaqatalada quduzluq xəstəliyi aşkarlanan 47 yaşlı qadın ölüb.

Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova bu gecə saxlandığı yoluxucu xəstəliklər şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, Pəri Turacova mayın 22-də quduzluq xəstəliyi əlamətləri ilə xəstəxanaya daxil olmuşdu. Müayinə zamanı məlum olmuşdu ki, aprel ayının 1-də onu yaşadığı kənddə küçə iti dişləyib. Pəri Turacova vaxtında həkimə müraciət etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru