Azərbaycanda şairə 110 min pul "atdılar"

28-05-2016, 13:18           

Bakıda şairə qarşı dələduzluq edilib.

Qaynarinfo.az bildirir ki, Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü German Əli oğlu Hüseynov polisə ərizə ilə müraciət edərək bildirib ki, 1965-ci il təvəllüdlü Valeh Vəli oğlu Rüstəmov onu aldadıb iş qurmaq adı ilə 30 min ABŞ dollar pulunu alıb. Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.

G.Hüseynov dələduzluğa məruz qalması faktını təsdiqləyib. O bildirib ki, əslində, ona 30 min yox, 110 min dollar ziyan dəyib. G.Hüseynov dələduzluğa məruz qalması ilə bağlı yaxın günlərdə detallı açıqlama verəcəyini bildirib.

Qeyd edək ki, German Hüseynov şair-publisistdir. O, "656№-li qatar", "Könlüm sevgi zindanı", "Ruhum Ağdamda qaldı", "Bu il də tut yemədik", "Əzizbəyov küçəsi ev 57", "Sən mənim əbədi məhəbbətimsən" adlı şeir kitablarının müəllifidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.