42 yaşlı kişinin qulağını niyə kəsdilər?

28-05-2016, 16:09           

Ot üstündə əmiuşaqları arasında yaranan mübahisə nəticəsində kütləvi dava baş verib.

Kənd sakini 72 yaşlı Hüseyn İsiyevin evinə hücum edən şəxslər balta ilə ona çoxsaylı xəsarət yetirib, 42 yaşlı oğlu Rəfael İsiyevin isə hər iki qulağını kəsiblər.

Rəfael İsiyevin sözlərinə görə hücum edənlər qardaşı uşaqları – Zamin, Şahrza Bəybala İsiyevlər və qonşuları Sulduz, Eldost, Sakit Əliyev qardaşlarıdır.

Yaralılar səhər saat 09:30 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

Emin Səfərov – həkim-travmatoloq:“Xəstələrdən birində hər iki xarici qulaq seyvanının tam travmatik amputasiyası. Digərində isə sağ budun əzilməsi və sol dirsəyin qapalı travması. İndiki vəziyyətləri stabildir. Hər iki qulağı travmatik amputasiya olunmuş xəstənin durumu orta ağır dəyərləndirilir.”(RegionTv)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.