Zelenski Yanukoviç dövrünün beş sabiq məmurunun vətəndaşlığını ləğv edib

5-02-2023, 11:08           
Zelenski Yanukoviç dövrünün beş sabiq məmurunun vətəndaşlığını ləğv edib
Ukrayna Prezidenti Volodimir Zelenski Viktor Yanukoviçin prezidentliyi zamanı vəzifə tutmuş beş keçmiş məmuru ölkə vətəndaşlığından məhrum edib.

“Report”un məlumatına görə, bu barədə UNİAN-ın müxbirinə hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələr məlumat verib.
Ətraflı

Dövlət başçısı xüsusən Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Vitali Zaxarçenkonun, keçmiş gəlirlər və rüsumlar naziri Aleksandr Klimenkonun, prezident Viktor Yanukoviç administrasiyasının keçmiş rəhbəri Andrey Klyuyevin, sabiq təhsil naziri Dmitri Tabaçnik və Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Oleksandr Yakemenkonun Ukrayna vətəndaşlığını ləğv edib.

Həmçinin Xarkov Vilayət Şurasının deputatı Nikita Şentsev və Odessa Şəhər Şurasının deputatı Viktor Baranski Ukrayna vətəndaşlığından məhrum olunublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru