Parisdə naməlum şəxs evin eyvanından atəş açıb: Küçə mühasirəyə alınıb 11-02-2023, 12:27 Fransanın paytaxtı Parisin cənub-qərbində naməlum şəxs evin eyvanından atəş açıb.Hadisə şəhərin 15-ci məhəlləsində baş verib.Naməlum kişi Sen-Aman küçəsindəki mənzilinin eyvanından yeddi dəfə atəş açıb. Hadisənin təfərrüatları açıqlanmır.Polis küçəni mühasirəyə alıb və insanları ərazidən uzaq durmağa çağırıb.“Polisin müdaxiləsi davam edir. Təhlükəsizlik perimetri yaradılıb. Bu sektordan uzaq durun”, - deyə polisin “Twitter” hesabında qeyd edilib.Mənbə: TASS Facebook-da paylaş