Bu gündən ixtisas seçiminə start verilir Bu gün, 09:22 Bu gündən avqustun 19-dək bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminə başlanılır.Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.Bildirilib ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları nəşr olunub.Mənbə: qafqazinfo.az Facebook-da paylaş