Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürüldü - AÇIQLAMA

11-02-2023, 11:35           
Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürüldü - AÇIQLAMA
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürülüb.

TEREF.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə onun vəkillərdindən Zibeydə Sadıqova məlumat yayıb. Müdafiəçi qeyd edib ki, vəkillərinə məlumat vermədən Bəxtiyar Hacıyevi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər.

Qeyd edək ki, ötən il dekabrın 9-da həbs edilən B.Hacıyev Bakı Şəhər 1 saylı İstintaq Təcridxanasında saxlanılırdı.

Vəkilləri onun təcridxanada aclıq aksiyası etdiyini, 15 kilo çəki itirdiyini və səhhətinin pis durumda olduğunu bildirir.

Hacıyev jurnalist Ülviyyə Alovlu ilə yaşadığı insidentə görə həbs edilib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlik etməkdə təqsirli bilinir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru