Ana qızını 20 ilə yaxın əsarətdə saxladı – FOTO

12-02-2023, 09:59           
Ana qızını 20 ilə yaxın əsarətdə saxladı – FOTO
Braziliyada yaşlı qadın 39 yaşlı qızını 20 ilə yaxındır qapalı şəraitdə saxladığı üçün həbs edilib.

Polis rəisi Karlos Alberto Braqa Diniz Netonun sözlərinə görə, zərərçəkmiş ac və susuz, əlləri və ayaqları bağlı vəziyyətdə tapılıb. Onun evdə olan anası isə açıq-aşkar sərxoş olub.

Həkimlər və sosial işçilər zərərçəkmişi müalicəyə göndəriblər.

Polis hesab edir ki, ana gənclik illərində iki övladını itirməsi ilə başlayan psixoloji pozğunluq səbəbindən qızını bağlı saxlayıb.

Braziliyalı ana və onun şəriki saxlanılıb. Polis araşdırmaları və cinayətin digər şəriklərinin axtarışını davam etdirir. Belə ki, vəziyyət bütün yerli sakinlərə məlum olub.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru